Avropa İttifaqı səfiri Bakı üçün "küçə döyüşləri ssenarisi" hazırlayır – Yankauskasla ekstremistlərin liderinin görüşü

  • 16:41 - 30 Oktyabr

Eynulla Fətullayev

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ölkəmiz üçün “küçə döyüşləri ssenarisi” hazırlayır. Bu yaxınlarda səfir küçə iğtişaşlarının təşkilatçısı, ekstremist Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli ilə görüş keçirib. Kərimlinin özünün bildirdiyinə görə, K.Yankauskas sistemli sabitliyi pozmağa çalışan və paytaxtda kütləvi çaxnaşmalar yaratmaq istəyən siyasi ekstremsitlərin hərəkətləri ilə tam həmrəylik nümayiş etdirib.

Əli Kərimli özünün Facebook səhifəsində elə bu cür də yazır: “Səfir bir daha oktyabrın 19-da baş tutmuş mitinqlə bağlı öz mövqeyini təkrarladı. Avropa İttifaqı toplaşmaq azadlıqlarını fundamental insan haqlarından biri hesab edir və ümid edir ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə əsasən sərbəst toplaşmaq azadlıqlarını təmin edəcək. Aİ aksiyanın dağıdılmasını və iştirakçıların saxlanılmasını araşdırmağa çağırır. Eyni zamanda Aİ etiraz aksiyası zamanı saxlanılanların azadlığa buraxılmasına çağırır”.

Əli Kərimli Yankauskas fenomeni barədə xalqımıza xəbər verdi

Əgər Avropa səfiri ekstremistlərin liderinin sözlərini təkzib etməsə və Kərimlinin özü ilə görüş faktını inkar etməsə o zaman Azərbaycan hakimiyyəti həm özü, həm Aİ üçün belə qənaətə gələcək ki, ölkənin legitim hakimiyyətinə qarşı düşməncəsinə xarici siyasət konsepsiyası həyata keçrilir.

Axı bu necə ola bilər ki, Aİ səfirin qismində Azərbaycan hökumətinə qarşı antikonstitusion hərəkətlərə qərar verən sistemdənkənar mariginal siyasi boşboğaz yığınının bədnam və məkrli cəhdini dəstəkləsin? Bundan əlavə, səfir faktiki olaraq  noyabrın 2-nə təyn edilmiş yeni qanunsuz aksiya ərəfəsində ekstremistlərin liderini qəbul etməklə hakimiyyətə çağırış edir?!

Azərbaycan hakimiyyəti özünün konstitusion öhdəliklərinə uyğun olaraq siyasi təşkilatlardan birinin-Milli Şuranın nümayəndələrinə mitinq keçirməyə icazə verib. Müxalifətə Lökbatan qəsəbəsində xüsusi ayrılmış stadionda yığışmaq təklif olunub.

Belə görünür ki, K.Yankauskas ölkənin siyasi tarixçəsinə bələd deyil, amma səfir Bakıda kütləvi aksiyaların keçirilməsi kimi problemli məsələnin  tarixçəsini analiz etsə pis olmazdı. Bu zaman əmin olardı ki, ənənəvi olaraq müxalifət öz aksiyalarını şəhərin mərkəzindən kənarlarda keçirib. Hakimiyyətin dəyişməz rəqibləri öz tərəfdarlarını Motodroma, 20-ci sahəyə, Yasamal ərazisinə aparıblar...Yəni son 26 ildə, YAP-ın hakimiyyəti dövründə müxalifətçilər şəhərin mərkəzində aksiyaya toplaşmayıblar.

ildən-ilə ekstremistlər şəhərin kənarında toplaşırdılar

Və mərkəzdə aksiyaların keçirilməsinə yönələn bütün cəhdlərin qarşısı qanun keşikçiləri tərəfindən qətiyyətlə alınıb. Azərbaycan hakimiyyəti üzərinə sistemdənkənar müxalifətə paytaxtın mərkəzində iğtişaşlar törətmək imkanı yaratmaq barədə heç bir beynəlxalq öhdəlik götürməyib. İfadə azadlığından danışırsınız? Buyurun, amma sivil ölkələrdəki kimi Hayd-parklarda, etirazlar üçün xüsusi ayrılmış yerdə, hakimiyyətin rəqibləri ilə razılaşmayanların sakit və dinc həyatına mane olmadan.

Yəqin ki, haimiyyət sivil parlament müxalifətinə paytaxtın mərkəzində də etiraz aksiyası keçirmək üçün yer ayırardı. Amma hakimiyyətin dərin təəsüflərinə səbəb olan budur ki, müxalifət hakimiyyəti ələ keçirmək niyyətlərini və israrlı cəhdlərini gizlətmir, deklassə edilmiş “bıdlosinfə” qədər deqradasiya edib, hay-küyçü mariginal-ekstremist qüvvəyə çevrilib,  hadisələrin inkişafının inqilabi ssenarisini təbliğ etməklə məşğuldur. Və nə deyəsən ki, “müxtəlifyunlu” müxalifətin arasında narazıların ultimativçi neobolşevik hissəsinin səngimək bilməyən informasiya hücumları ətrafında kəskin diskussiyalar gedir.

İndiki hakimiyyətin ən barışmaz düşmənlərindən olan realçıların lideri, Avropa İttifaqının versiyasında “ 1 nömrəli siyasi məhbus” adı qazanmış İlqar Məmmədov aramsız debatlarda AXCP-ni ifrat radikal mövqedə ittiham edir, bu müxalifət qanadını hakimiyyətin inqilab yolu ilə dəyişdirilməsi platformasından çəkindirməyə çalışır, parlament yolu ilə dəyişikliyə çağırır. Amma Kərimlinin qismində siyasi ekstremizm Məmmədovu didik-didik edir, onu satqınlıqda və reneqatlıqda günahlandırır. Yeri gəlmişkən, AXCP özünün taktiki məqsədlərini gizlətmir: bütün ölkə boyu çaxnaşmalar yaratmaq və sistemli sabitliyin əsaslarını sarsıtmaq, hansı ki, bu zaman çoxmilyonlu insan kütləsi mövcud hakimiyyəti zorakı yolla kənarlaşdırmalıdır.

Oktyabrın 19-da polis bir ovuc dəstənin öhdəsindən bircə saata gəldi

Sual yaranır-nəyə görə Kərimli mübarizənin sivil formasını kənara atır və siyasi dəyişikliklərə seçki texnologiyaları yolu ilə nail ola bilməyəcəyini etiraf edir?! Belə ki, AXCP azsaylı tərəfdarları və bütün ölkə boyu şaxələnmiş strukturlara malik olmaması üzündən ədalətli mübarizəyə hazır deyil. Kərimlinin yeganə şansı zorakı mübarizə yoludur.

Kərimli qarşıdakı parlament seçkilərində hakim partiyanın namizədlərinə alternativ olaraq heç yüz funksioner də tapıb namizəd göstərə bilməz. Nə partiya institutları var, nə ideoloji platforma, nə ölkənin inkişaf proqramı...Kərimlinin tərəfdarları küçələrə bu şüarla çıxır: ”İstefa!”. Bir ovuc siyasi fəal insan xalqın sərbəst iradəsi ilə formalaşmış legitim hakimiyyət institutlarının istefasını tələb edir. Avropa İttifaqının səfiri isə Kərimlinin sözlərinə əsasən, hakimiyyətin hansısa beynəlxalq öhdəliklərindən danışır. Bu zaman beynəlxalq səviyyədə tanınmış hakimiyyət institutlarının özünü unudur, hansı ki, prinsipsiz nihilist-tullantı yığını gecə-gündüz bu hakimiyyətin devrilməsini təbliğ etməkdədir.

Kərimli ötən əsrin komedik “pivə qiyamçısı” obrazında ölkəni açıq şəkildə xaosa sürükləməyə çağırır, ölkədə destablizasiya yaratmaq üçün “Venesuela ssenarisini” təbliğ edir. İcazə verin, amma bütün liberal qərb dünyasının əlaqələri kəsdiyi Venesuelanın özündə belə müxalifət sonuncu parlament seçkilərində seçicilərin səslərinin 67 faizini toplayaraq qalib gəlmişdi! Bəs Avropa İttifaqının səfiri bilirmi ki, Azərbaycanın öhdəlikləri haqda məsuliyyətsizcəsinə danışaraq Kərimlinin qismində müxalifət son parlament seçkilərində iştirakdan imtina edib?!

hətta uzaq 2003-cü ildə də xalq etiraz meydanına getmədi

Kərimli iddia edir ki, Azərbaycanda hökm sürən reaksion siyasi reallıqlar müxalifətə siyasi mübarizəyə cəlb olunmaq imkanı vermir. Doğrudanmı Azərbaycanda, Avropa Şurasının üzvü olan və Avropa Məhkəməsinin yuridiksiyası altında olan ölkədə azadlıqlar “qum karxanası” generallarının ölkələrinə nisbətən daha məhduddur? Bu nə absurd iddiadır? Bu nə reallığın təhrif edilməsidir? Azərbaycanı, azad internetə, sərbəst ifadə azadlığına malik ölkəni qapalı tipli ölkələrlə müqayisə etmək olarmı, hansı ki, oralarda qanunsuz aksiyaların iştirakçılarını inzibati həbsə məhkum etmirlər, sadəcə tində, künc-bucaqda banal olaraq güllələyirlər?!

Xalqdan uzaq düşmüş simasız ekstremistlər yığını özlərinin sərsəm analogiyaları ilə ifratdan ifrata yuvarlanırlar-internetin və sosial şəbəkələrin milyonlarla istifadəçisinə Sudan ssenarisini, Çili etirazlarını, ermənilərin “sevgi” inqilabını, gürcü fatalizmini, Ukrayna uçurumunu, hamının hamıya qarşı döyüşdüyü ərəb müharibələrini...sırımağa çalışırlar. İndi isə Kərimli inqilabçı Santyaqodan ruhlanıb. Onun moizlərində Mursi aktuallğını itirib, indi Kərimli sandinaçıların və Korvalanın qəhrəmanlıqlarından cuşa gəlir.

Lakin sonda Bakının dar dalanlarında və Kərimlinin kövrək çiyinləri arxasında milyonlarla tərəfdar formalaşmır, partiyadan hamının yaxşı tanıdığı subulandıran-həmqardaşlar, hər dəfə eyni sifətlər yığışır. Kərimli yenə də yola gəlmir və özünün istedadsızlığına, əhalinin hətta narazı qismini belə arxasınca apara bilməməsinə haqq qazandırmağa çalışaraq (narazılar isə istənilən cəmiyyətdə var-Amerikadan Almaniyaya qədər) qorxaqcasına günahı hakimiyyətin üstünə atır. Heç demə yenə də repressiyalar və cəzalandıranlar günahkar imiş!

Doğrudanmı Azərbaycan hakimiyyəti Mübarəkdən, Qəzzafidən, Çavesdən, Xameneyidən və hətta Putindən məkrlidir, qüdrətlidir? Axı həmin ölkələrdə hakimiyyətin arzusuna və xüsusi xidmətlərin insunasiyalarına baxmayaraq mərkəzi meydanlara on minlərlə, yüz minlərlə, hətta milyonlarla etirazçı çıxır! Və həmin milyonlar öz yolu üstündə nəinki polis kordonlarını, eləcə də rejimin idollarını və hakimiyyət institutlarını dağıdır. Doğrudanmı həqiqətin gözünə dik baxmaq, həqiqəti səsləndirmək belə çətindir?! Etiraf eləmək və getmək, hətta gözlərində və dodaqlarında təəsüf ifadələri ilə olsa da! Əsl siyasətçilər ləyaqətlə səhnədən çəkilirlər, hamının qəbul etdiyi qanunlara tabe olurlar, axı siyasət mümkünlük sənətidir. Lakin istənilən qiymətə qələbə uğrunda mübarizə cığırını seçən ekstremistlər meydanı tərk etmək gücündə deyil.

Kərimliyə qədər rəngli inqilablar cəhdi iflasa uğrayan və nəticədə tirajdan düşən xeyli siyasətçi səhnədən gedib: Pənahlı, Hüseyn, Qəmbər, Məmmədov...İndi onlar haradadır? Həmin bir qəpiyə dəyməyən, Elçibəyin pis qoxulu cəbhə şinelindən çıxan  kvaziliderlər Liberalİnternasionalın səfirlərinə və konsullara Azərbaycanda permanent rəngli inqilablar ideyasının boşa çıxmasını izah edə bilmədilər...Hökumət xalqa ifadə azadlığı, azad internet, sərbəst toplaşmaq, təşkilatlanmaq azadlıqları verib. Lakin boş meydana inqilab bayrağı altında xalqın taleyinə görə məsuliyyəti üzərinə götürən cəmi bir neçə min adam çıxdı. Xalqın özü isə inqilaba getmədi. Xalqı çağırdılar, amma hakimiyyəti həmin xalqın özü seçmişdi. Kvaziliderlər hay-həşir saldılar, hakimiyyəti xalqın səsini oğurlamaqda günahlandırdılar. Amma xalq öz səsini müdafiə etməyə niyə qalxmadı?! Bu sual qarşısında cəbhəçi şinelindən çıxan liderlərin heç bir duruş gətirə bilmədi... 

Venesuela küçələri - Aİ səfirinin arzusu?

Səfir Yankauskas bizim hadisələrlə zəngin tariximizə bələddirmi? Və nəyə görə səfir xalqın iradəsinə, onun seçiminə, iradəsini sərbəst ifadə etməsinə qarşı çıxır? Səfir bir yığın qiyamçılar üçün meydan tələb edir? Səfir Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyənlər üçün azadlıq istəyir?! Və nəhayət başlıca müəyyənləşdirici məsələ , xarici dostları və düşmənləri müəyyənləşdirməyə imkan verən ən mühüm məqam. Stabilliyə, hansı ki, Obamanın sözlərinə görə, demokratiyadan da üstündür, daha bir təhdid yaradan ekstremistlərlə həmrəylik nümayiş etdirən təkcə səfir özüdür, yoxsa Bakıı Suriyaya çevirmək arzusu ilə alışıb yananlar Brüsseldə daha nüfuzlu dairələrdir?! Cavab verin!!!

Səfir bu suallara cavab tapa biləcəkmi, bilmirik. Lakin biz Aİ səfirinin müxalifətin qarşıdakı aksiyasının taleyinə dair marağı ilə qane olmaq imkanını əldən buraxmayacağıq. Ya Kərimli noyabrın 2-də öz tərəfdarları ilə Lökbatana gedəcək və orada polis hakimiyyətin sanksiyalaşdırdığı aksiyanın təhlükəsizliyini təmin edəcək, ya da ekstremistlər yenidən paytaxtın mərkəzinə can atsa polisin daha sərt müqaviməti ilə qarşılaşacaq. Qanunsuz aksiyaları Londonda, Parisdə, Berlində də dağıdırlar. Ekstremistləri döyəcəklər və paytaxtın mərkəzindən qovacaqlar, necə ki, solçu hərəkatın fəallarını, “sarı jiletliləri”, “Blokupay” və “Okkupay”çıları Frankfurtda, Parisdə, Brüsseldə döyürlər...


Oxunma sayı: 9406

Oxşar yazılar