Fəzail Ağamalı yeni müavin təyin etdi – Foto

  • 16:36 - 30 Oktyabr

Ana Vətən Partiyasında yeni müavin təyinatı olub.

Bu barədə Avropa.info-ya partiyanın mətbuat xidmətindən məlumat verilib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 30 oktryabr 2019-cu il sərancamı ilə Arzuman Abdulkərimov sədrin Siyasi məsələlər üzrə müavini təyin olunub.

A.Abdulkərimov 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad İnistutunda təhsil alıb. Milli Azadlıq Hərəkatında və ictimai-siyasi proseslərdə  fəal iştirak edib. 

2015-ci ildən Hilal Sosial Araşdımarlar İctimai Birliyinin təsisçisidir.  Bir sıra Beynəlxalq və ümumrespublika konfranslarında Azərbaycan dövlətinin əleyhinə yönələn xarici və daxili siyasi kampaniyalara qarşı aktiv və prinsipal mövqe sərgiləyib. Müasir dünyagörüşü, yüksək intelekti və inovativ biliyilə fərqlənənictimai-siyasi fəal kimi cəmiyyətdə ciddi nüfuz qazanıb.


Oxunma sayı: 8317

Oxşar yazılar