Azərbaycan Avronest PA-nın Büro iclasında təmsil olunacaq

  • 17:02 - 29 Oktyabr

Milli Məclisin deputatı Sahibə Qafarova Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gedəcək.

Milli Məclisdən Avropa.info-ya verilən məlumata görə, tədbirdə Avronest PA-nın fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputatımız Büro iclasında müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

Səfər oktyabrın 31-də başa çatacaq.


Oxunma sayı: 6128

Oxşar yazılar