Tovuz sakini həmyerlisini güllələyib

  • 21:24 - 25 Oktyabr

Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. 

Belə ki, Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli tapanca ilə Qasımov Habil Əli oğluna atəş açıb. Nəticədə H.Qasımov yaralanıb.

Hadisəyə kənd qəbiristanlığında mal-qara otarılması üçün yaranmış mübahisə səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

 

 

report


Oxunma sayı: 9087

Oxşar yazılar