Hərbi hissədə 8 əsgər və zabiti öldürən hərbi qulluqçunun adı açıqlandı

  • 20:20 - 25 Oktyabr

Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissədə 8 əsgər və zabiti güllələyib öldürən, 2-ni yaralayan çağırışçı əsgərin adı açıqlanıb. Rusiya İstintaq Komitəsinin bildirdiyinə görə, o sıravi Ramil Şamsutdinovdur. Onun barəsində cinayət işi qaldırılıb və saxlanılıb. 

Şamsutdinov 20 yaşındadır, Tümen vilayətinin Vaqay kəndindəndir. İstintaqa verdiyi ilkin ifadədə əməlindən peşiman olmadığını deyib. İlkin məlumatlara görə əsgərin xidmət yoldaşlarını güllələməsinin səbəbi “dedovşinadır”. 

Belə ki, xidmət yoldaşları tez-tez Şamsutdinovu ələ salırmış və incidirmiş, bir çox hallarda heç bir səbəb olmadan.

virtualaz.org


Oxunma sayı: 4808

Oxşar yazılar