Ukrayna sərhədçiləri azərbaycanlını nadir fotoaparatlara görə saxladılar

  • 19:09 - 25 Oktyabr

Ukrayna sərhədçiləri üç ədəd nadir fotoaparatı qanunsuz yolla Rusiya Federasiyasına keçirmək istəyən azərbaycanlını saxlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, sərhəd-keçid buraxılış məntəqəsinə “Mercedes” markalı avtomobil gəlib. Avtomobilin sükanı arxasında 1970-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olub və Rusiya tərəfə keçmək istəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil yoxlayarkən oradan 1936-cı il istehsalı, alman markalı üç ədəd fotoaparat aşkar edərək götürüblər.


Oxunma sayı: 9395

Oxşar yazılar