Rusiyada hərbi qulluqçu yoldaşlarına atəş açdı – İkisi zabit 8 ölü, 2 yaralı

  • 17:32 - 25 Oktyabr

Rusiyanın Zabaykalye diyarında yerləşən hərbi hissənin hərbi qulluqçunun açdığı atəş nəticəsində 8 hərbi qulluqçu öldürülüb, ikisi yaralanıb.

Avropa.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuata verdiyi açıqlamada hərbi qulluqçunun cinayəti şəxsi problemlərdən yaranan əsəb partlaması nəticəsində törətdiyi bildirilir.

Gülləbaranda öldürülən hərbi qulluqçulardan ikisinin zabit olduğu açıqlanıb. Digər şəxslər sıravi hərbi qulluqçulardır.

Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, 8 nəfərin həlak olması ilə nəticələnən insidenti törədən hərbçi saxlanılıb, atışma nəticəsində yaralanan şəxslər isə hospitala yerləşdirilib. Yaralılara lazmı tibbi yardım göstərilib, həyatlarına təhlükə yoxdur.


Oxunma sayı: 10297

Oxşar yazılar