Narkotik satan keçmiş məhkum tutuldu

  • 15:22 - 24 Oktyabr

Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayevə və Z.Zeynallıya narkotik vasitə satmaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya bildirilib ki, aparılmış tədbirlərlə onun evindən 642 qrama yaxın marixuana, 296 qrama yaxın tiryək, 684 ədəd metodon və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb.


Oxunma sayı: 5842

Oxşar yazılar