Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alındı – Foto

  • 17:31 - 23 Oktyabr

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "ROVER-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Avropa.info-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən (şitindən) 4 ədəd "Samsung Galaxy A 10 S", 4 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Mi Play" və 2 ədəd "Redmi Note 7" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 11540

Oxşar yazılar