Tikintidən 25 min manatlıq inşaat materialları oğurlandı

  • 15:50 - 23 Oktyabr

Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 10693

Oxşar yazılar