Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı məlum oldu

  • 13:23 - 23 Oktyabr

Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Avropa.info Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, Təbriz küçəsi, "Xan Çinar" restoranının qarşısında baş verib.

Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elgün Rövşən oğlu 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı E.Məmmədov bıçaqla Ə.Verdiyevi ürəyindən bıçaqlaıb.

Bundan başqa, E.Məmmədov hadisə yerində mübahisəni sakitləşdirmək istəyən Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Əlmuraz Fuad oğlunu da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Ə.Verdiyev orada ölüb.

Hadisə yerindən qaçan E.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Oxunma sayı: 14004

Oxşar yazılar