Xüsusi təyinatlıların “vor zakon”un evinə hücumu...

  • 18:55 - 20 Oktyabr

Rusiyanın Krasnodar vilayətində xüsusi təyinatlılar kriminal aləmdə “Kostya Kanskiy” kimi tanınan “qanuni oğru” Konstantin Neybauerin evinə hücum edərək onu həbs ediblər.

Virtualaz.org xəbər verir ki, müvafiq məlumatı DİN-in regional idarəsi yayıb.

 

Nybaueri şəhərkənarı evində saxlayıblar. Əməliyyatda polis və xüsusi təyinatlılar iştirak edib, onlar kriminal avtoritetin malikanəsinə hücumla daxil olublar. Onun Rusiyada bir neçə ay əvvəl qüvvəyə minən və “vor zakon” statusu daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun əsasında həbs edildiyi bildirilir.

 

“Kostya Kanskiy” 2011-ci ildə sui-qəsddən sağ çıxıb. O, evinin girişində gülləyə tuş gəlib, killer beş atəş açıb, amma “vor zakon” sağ qalıb. Daha bir sui-qəsd cəhdi isə 2005-ci ildə baş verib. “Kostya Kanskiy” 90-cı illərdə Moskvada “qanuni oğru” titulunu alıb.


Oxunma sayı: 11243

Oxşar yazılar