Taksi sürücüsünü döyüb pulunu və telefonunu aldılar
- 13:17 - 19 Oktyabr
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.