Sərhəddə narkotik alverçiləri saxlanıldı – Foto

  • 10:11 - 19 Oktyabr

Oktyabrın16-daFüzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini, 29 yaşlı Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən(DSX) Avropa.info-ya verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İrana get­məsı, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycan hüquq-mühafizə orqanla­rının axtarışında olması müəyyən­ləş­diril­ib.

2019-cu il oktyabrın 17-də “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İrandan Azər­bay­cana gələn İranvə­tən­daşları, 34 yaşlı Bahonar Bastak Abad Salah Salehin və 27 yaşlı Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan Azərbaycan vətəndaşı, Astara rayonu, Ərçivan kənd sakini 50 yaşlı Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Oktyabrın 18-də Xaçmaz rayonu, Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni, 26 yaşlı Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rının ax­tarışında olması müəyyən­ləş­diril­miş­dir.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 5545

Oxşar yazılar