Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakinini soydular

  • 15:31 - 18 Oktyabr

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakini soyğunçuluğa məruz qalıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərov oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 12420

Oxşar yazılar