Gəncədə 16 yaşlı qız oğurlanıb

  • 18:52 - 17 Oktyabr

Gəncə şəhərində gənc qız oğurlanıb.

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.

Belə ki, qızın atası Kəpəz Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək 2003-cü il təvəllüdlü övladının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Kəpəz və Daşkəsən rayon polis şöbələrinin (RPŞ) əməkdaşları tərəfindən qızın Daşkəsən rayon sakini, 2000-ci il təvəllüdlü A.Həsənov tərəfindən oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı A.Həsənov saxlanılıb, gənc qız ailəsinə təhvil verilib.


Oxunma sayı: 5710

Oxşar yazılar