Abşeronda avtomobil oğrusu ələ keçdi

  • 13:28 - 12 Oktyabr

Oktyabrın 11-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən T.Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Abşeron RPİ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, “Moskviç 412” markalı avtomobilin Stansiya Sumqayıt yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilib.  

Abşeron RPİ və Zəngilan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.  

Abşeron RPİ-də araşdırma aparılır.


Oxunma sayı: 5292

Oxşar yazılar