Evdən külli miqdarda oğurluq edən keçmiş məhkum saxlanıldı

  • 10:36 - 11 Oktyabr

Zaqatala rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib, zərərçəkənə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Oxunma sayı: 4742

Oxşar yazılar