Tovuzda bir nəfər iki şəxsi bıçaqlayıb, sonra özünə xəsarət yetirib

  • 23:00 - 10 Oktyabr

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın  məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1985-ci il təvvəllüdlü Tağıyev Tarıyel Sərdar oğlu Qovlar şəhər sakinkəri – 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu və 1990-ci il təvəllüdlü Əsgərov Məmmədli Xəqani oğlu ilə mübahisə edib.

Nəticədə T.Tağıyev mübahisə etdiyi hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisədən sonra T.Tağıyev özünə bıçaqla xəsarət yetirib. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5182

Oxşar yazılar