Metroda qadının mobil telefonunu oğurlayan keçmiş məhkum yaxalandı

  • 15:01 - 04 Oktyabr

Bakı metrosunda qadının cibindən mobil telefonu oğurlanıb.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.


Oxunma sayı: 4588

Oxşar yazılar