Borca görə axtarışda olan keçmiş məhkum oğurluq etdi

  • 13:05 - 01 Oktyabr

Daxili işlər orqanları dünən bir neçə oğurluq faktının üstünü açıb.

Avropa.info Daxili İşlər Nazirliyinə istinadla həmin hadisələrin təfərrüatını təqdim edir.

Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Z.Axundov saxlanılıb. Onun borclu şəxs qismində axtarıldığı və əvvəllər məhkum olunduğu bildirilir.

Qusar rayon Polis Şöbəsinin əməkdaşları isə mağazadan oğurluq edən şəxsi müəyyənləşdirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da rayon ərazisindəki mağazaların birindən 250 manat, tütün məmulatı, danışıq kartları və spirtli içki oğurlamaqda şübhəli bilinən Həzrə kənd sakini Q.Qaçayev saxlanılıb.

Oğurluq etdiyinə görə tutulan C.Əliyevin ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib.


Oxunma sayı: 4797

Oxşar yazılar