Tutuquşu oğurluq işində şahid qismində saxlanıldı

  • 11:41 - 01 Oktyabr

Hollandiyanın Lahey şəhərində bir nəfər oğurluq şübhəsi ilə polis tərəfindən saxlanılıb.

Avriopa.info xəbər verir ki, polis şübhəlini saxlarkən, həmin şəxsin çiynində oturan tutuquşunu da “şahid” qismində bölməyə aparıb. 

Polis Utrext şəhərində etdiyi oğurluqla bağlı saxlanılan şəxsin tutuquşusunu şüşə ilə əhatələnmiş nəzarət məntəqsində saxlayıb, quşa yemək verib. Lahey polis mərkəzi tutuquşunun fotosunu sosial şəbəkə hesabında paylaşıb.


Oxunma sayı: 6040

Oxşar yazılar