Osmanlı Sultanı Abdulhəmid Xanın ingilislərə qurduğu müdhiş oyun - İrlandiyalıların ay-ulduz sevgisi və 2 əsr savaşan İRO (FOTO)

  • 15:27 - 28 Sentyabr

Türkiyənin "Star" qəzetinin yazarı Əziz Üstel bugünki köşə yazısında maraqlı tarixi fakta toxunub. 

Avropa.info xəbər verir ki, yazar köşəsində ingilislərə qarşı 2 əsr vuruşan İralindiya Respublika Ordusunun (İRO) Osmanlı Sultanı Abdulhəmid Xan tərəfindən qurulduğunu  bildirib.  Əziz Üstel həmçinin,  İrlandiyadakı bəzi futbol klublarının emblemlərində nədən ay-ulduzun əks olunmasının sirrini də açıqlayıb. 

Avropa.info Əziz Üstelin "Abdulhəmid Xanın ingilislərə qurduğu müthiş oyun" başlıqlı yazısını təqdim edir:

"Osmanlı dövlətinə qarşı davamlı olaraq oyunlar quran ingilislərdən bezən siyasi düha Abdulhəmid  Xan, İrlandiya Respublika Ordusunu qurduraraq  yüz il ərzində İngiltərənin başına bəla edir. Necə?  

Əslində türklərin İrlandiyalılarla olan əlaqəsi Sultan Abdulməcid vaxtından başlayır. İrlandiyalılar katolikdir və İngiltərənin qurduğu anqlikan kilsəsinə vergi verməyi qəbul etmirdilər, silah gücünə vergi ödəyirdilər. Ancaq 1840-cı ildə İrlandiyada müdhiş bir qıtlıq baş verdi. Yoxsulların əsas yeyəcəyi olan kartof istehsalı dayanma nöqtəsinə gəldi və qısa müddətdə 800 min nəfər aclıqdan öldü. İrlandiyalıların İngiltərəyə qarşı müqaviməti xeyli zəiflədi. 

İngilislər, İrlandiyanın başına gələn bu aclıq və yoxsulluqdan istifadə edərkən, Abdulməcidin əmri ilə üç gəmi dolusu kartof İrlandiyaya çatdırıldı. İngilis donanması Osmanlı gəmilərinin Dublin limanına getməsinə mane olduqda, kartof dolu gəmilər Drogheda limanına boşaldıldı. Bu tarixi an Osmanlı-İrlandiya münasibətlərində bir başlanğıc oldu. İrlandiyalı əsilzadələr Osmanlı Sultanına bir təşəkkür məktubu yazdı və ser Oberbank  1849-cı ildə məktubu padşaha təqdim etmək üçün İstanbula gəldi. 

İrlandiyalılar bu olayı heç unutmadılar. Drogheda şəhərinin 1919-cu ildə qurulan futbol komandası "Drogheda United"in emblemi ay-ulduz idi. Komanda İrlandiya Premier Liqasında oynayırdı.

Картинки по запросу Drogheda FK

Osmanlı-İrlandiya dostluğu Abdulhəmid  Xan dövründə də davam etdi. İrlandiyalıların sıx olaraq yaşadığı Portsumut şəhərində kəşfiyyat işlərinə önəm verən Sultan Abdulhəmidin "Portsmouth" futbol klubunun qurulmasında böyük xidmətləri oldu. Bu gün "Portsmouth" FK-nın emblemində ay-ulduza  ingilislər hələ də bir anlam verə bilmir. 

Картинки по запросу portsmouth fc



"Təşkilatı Mahsusa"nın (Sultan Abdulhəmidin qurduğu kəşfiyyat təşkilatı: avropa.info) liderlərindən olan Kuşçubaşı Əşrəf ingilis casusu Lourensə qarşı mücadiləyə başladı. Hayberde yaralı olaraq ingilislərə əsir düşdü. Kuşçubaşı ingilis həbsxanasında onu görməyə gələn Lourensə tarixə düşəcək bir cavab verdi: "Lourens qazandığını güman edirsən. Amma hələ hər şey bitmədi. İngilislərin başına elə bir corab hörəcəyik ki, iki yüz il çalışsanız da bu bəladan qurtula bilməyəcəksiniz!" 

Bəzi tarixçilərə görə, Kuşçubaşı Əşrəf bəy, İrlandiya Respublika Ordusunu qəsd edirdi. Abdulhəmid Xanın qurdurduğu, silah və pulla təmin etdiyi İrlandiya Respublika Ordusu sözün həqiqi mənasında ingilislərin başına bəla oldu. İngilislərin heç cür anlamadığı bir başqa detal isə İrlandiya Respublika Ordusunun lideri James Collins öldürülən zaman tabutuna niyə ay-ulduzlu bayrağının koyyulması idi.

İngilislər Osmanlını çox sıxışdırmış, başına böyük dərdlər açmışdı. Lakin Osmanlı da İrlandiya Respublika Ordusunu sonuna qədər dəstəkləyərək İngiltərənin iki yüz il ərzində müsibətlərlə üzləşməsinə səbəb olmuşdu." 

Avropa.info


Oxunma sayı: 38380

Oxşar yazılar