Sumqayıt sakinini qətlə yetirən şəxs saxlanılıb

  • 12:15 - 27 Sentyabr

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları 1990-cı il təvəllüdlü Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Eldarov Şəhriyar Azad oğlu saxlanılıb.

Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Kişi sentyabrın 25-i gecə saatlarında qeyd olunan kəndin ərazisində öldürülüb. Hadisə ilə əlaqədar həmin qəsəbənin sakini 1995-ci il təvəllüdlü Qədirov Mətləb Eldar oğlu saxlanılıb. Saxlanılan şəxsdən maddi sübut kimi cinayət aləti - bıçaq götürülüb.

Cinayətin motivinə gəldikdə isə səbəb çox adidir - Şəhriyar Eldarovun çəp baxışı gənclər arasında qarşıdurmaya və qətlə gətirib çıxarıb.

Şəhər prokurorluğu faktla bağlı istintaq aparır.(oxu.az)


Oxunma sayı: 5105

Oxşar yazılar