REAL üzvü 2 azyaşlı uşaq anasını xəyanətə təhrik etdi, ailəni dağıtdı : "Onların telefon danışıqlarını tutdum və..." (ŞOK FOTOLAR)

  • 15:43 - 26 Sentyabr

AXCP sədri Əli Kərimlinin sabiq müavini Fuad Qəhrəmanlı olayı soyumamış bu qəbildən daha bir fakt ortaya çıxıb.

Avropa.info xəbər verir ki, bu dəfəki insidentin “qəhrəman”ı “qadın hüquqları” adı altında ölkədə ailə institunu dağıtmağa çalışan “liberal”lardandır. Beləliklə, mütəmadi olaraq haqdan-hüquqdan danışan, “qadın hüquqları” bağıran REAL Partiyasının üzvü Mete Türksoy iki uşaq anasını yoldan çıxararaq həyat yoldaşına xəyanətinə zəmin yaratmaqla bərabər, azyaşlı uşaqların psixoloji travma almasına səbəb olub.

Ailəsinin dağılması ilə bağlı redaksiyamıza müraciət edən şikayətçi, Tovuz rayon sakini Aliyev Rahib Qasım oğlu başına gələn müsibəti belə nəql edir: 

"Mən Alıyev Rahib Qasım oğlu ev təmiri ustası işləyən gündəlik qazandığım pulla ailəmi dolandırmağa çalışan bir insanam. 2011-ci ildə həmyerlim olan Paşayeva Səbinə Şahmar qızı ilə ailə qurdum. 2013-cü ildə birgə nigahımızdan iki övladım dünyaya gəldi. (uşaqların gələcəyini nəzərə alaraq adlarını açıqlamırıq: avropa.info) 2011-ci ildən 2018-ci ilə qədər normal ailə münasibətlərimiz olub. 2018-ci ildən başlayaraq Səbinə ilə aramızda soyuqluq yaranmağa başladı. Bunun səbəbi isə onun əlindən telefonun düşməməsi, mütəmadi olaraq vatsap üzərindən kimlərləsə yazışması idi. Soruşduqda rəfiqələri ilə yazışdığını deyirdi. Tez-tez kitab təqdimatı adı ilə harasa gedirdi. Təbii ki, mən baş verən bu dəyişiklik qarşısında şok vəziyyətində idim. Buna qarşı çıxırdım, ailədə gərginlik yaşanırdı. Sonradan bildim ki, Səbinə mənim xəbərim olmadan “Facebook” sosial şəbəkəsində adına profil açıbmış. 

Səbinə Türksoy adlı şəxsin şəkli.

 

2019-cu ilin iyul ayının 28-də axşam işdən evə gələrkən Səbinənin otaqlardan birində kiminləsə telefonla danışdığını gördüm. Qonşu otağa girib danışıqları dinləməyə başladım. Səbinə mənə xəyanət edərək sonradan kimliyi mənə məlum olan sevgilisi ilə danışırdı. Hər şey məlum idi. Otağa girib ona bir şillə vurdum. 

 

Məlum oldu ki, Səbinə özünü liberal adlandıran, ailə insitutuna qarşı çıxan müxalifətçilərə qoşulubmuş. Telefonla danışdığı şəxs də Mete Türksoy adlı REAL Partiyasının üzvü imiş. Sonradan bildim ki, Səbinə mən işdə olan zaman evdən çıxaraq Mete adlı şəxslərə görüşürmüş. Hətta bu zaman özü ilə azyaşlı uşağımızı da aparırmış. 

 

Səbinə məndən Abşeron Polis İdarəsinə şikayət etdi. Abşeron polisi Səbinənin heç bir xəsarət almadığı və mənə inzibati cəza düşmədi haqda qərar verdi. Səbinə də şikayətini geri götürdü. Bundan sonra, Səbinə polisə guya məndən qorxduğu üçün,  mənim yaşadığımız evə buraxılmamağım haqda iltizam alınmasını istədi. Mən o evə heç vaxt gəlməyəcəyimi, boşanacağımı, lakin evində oturub iki uşağını böyütməsini tələb etdim. Lakin, Səbinə evin qapılarının açarını alandan sonra, qızımı da götürərək müxalifətçi Mete Türksoyun yaşadığı evə gedib. Mən də oğlumla qardaşımın evində qalmışam. Təqribən 1 həftə sonra, Səbinə qızımı öz dayısıgilin evinə ataraq çıxıb gedib. Səbinənin anası qızımı mənim yanıma gətirdi. Hazırda mən iki azyaşlı uşaqla birgə olduqca çətin şəraitli 1 otaqlı daxmada yaşayırıq. Övladlarıma baxıram, uşaqlardan biri hazırda 1-ci sinifə gedir. Məktəbə aparıram, işləyirəm, işdən gəlib yeməklərini bişirirəm. Səbinənin anası da qızının bu xəyanətindən şokdadır. Dəfələrlə əlaqə yaratmağa çalışsa da, Səbinə artıq 3 aya yaxındır ki, Mete Türksoy adlı müxalifətçi ilə qeyri-qanuni bir şəkildə yaşamağı üstün tutur. “Facebook”dakı profilində də dəyişiklik edərək, soyadını Türksoy yazıb. Bu azmış kimi Mete Türksoy da məni təhdid edir. Əməkçi bir insan olmağımdan istifadə edərək, mütəmadi olaraq mənə mesaj göndərib hədə qorxu gəlir. Arxasında kimlərinsə durduğunu bildirir. Bu haqda prokurorluğa, polisə və digər dövlət oraqanlarına müraciət də etmişəm. Ailəmi dağıdan müxalifətçi Mete Türksoyun cəzalandırılmasını istəyirəm.

 

Hazırda boşanmamız üçün Tovuz məhkəməsinə müraciət etmişik. Mən bütün əlaqədar qurumlardan xahiş edirəm ki, övladlarını atıb gedərək qeyri-qanuni bir həyat yaşayan "ana"ya övladları verilməsin. Mən uşaqlarımın gələcəyindən qorxuram. Qorxuram ki, uşaqlar da Səbinənin təsirə düşdüyü qrupun təsirinə düşüb, axırları pis olsun. Ən çox da qız övladımın onlara verilməsini istəmirəm. Bu 3 ayda Səbinə uşaqları ilə bir dəfə də maraqlanmayıb. Mənə mesaj yazır ki, mən öz həyatımı yaşayıram. Uşaqları istədiyim vaxt əlindən alacam. Hazırda gəncəm, həyatımı yaşayıram. Uşaqlar mənim həyatıma mane olur. 

Belə bir "ana"ya uşaq vermək olarmı? Bütün dəlillər əlimdədir, hamısını məhkəmədə təqdim edəcəm. Səbinənin analıqdan məhrum edilməsini tələb edəcəm. Mən bütün ictimaiyətdən, dövlət oraqlarından və mediadan kömək istəyirəm. Övladlarımı fəhləliklə böyütməyə hazıram. Yetər ki, övladlarım adını müxalifət qoymuş, pozğunluğu siyasətə çevirmiş, ailələrin dağıdılmasını hədəfləyən qrupun təsirində böyüməsin. Mete Türksoy və onun kimi "liberal" müxalifətçilərin əsas fəaliyyətləri "qadın hüquqları" adı altında ailələri dağıtmaq, pozğun bir nəsil yetişdirməkdir. Mən övladlarımın belə mühitdə böyüməsini və gələcəkdə həmin qrupların təsirində olmasını istəmirəm. Mənə kömək edin, heç olmasa uşaqlarımı qoruyum” - Aliyev Rahib belə deyir.

Avropa.info saytı iki övladını ataraq REAL-çı Mete Türksoyla sevgili olamağı üstün tutan “ana”nın Facebookda bu hadisəni xüsusi qeyd edən mesajını təqdim edir.

Toghrul Yasavul Ismayilov adlı şəxsin şəkli.

 


Oxunma sayı: 83755

Oxşar yazılar