Bakıda mağazadan oğurluq etdi, digər əməllərinin də üstü açıldı

  • 17:16 - 25 Sentyabr

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya məlumat verilib.

Məlumatda qeyd edilir ki, oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 mağazadan 60 manat və tütün məmulatı oğurlaması, habelə 6 mağazadan oğurluq etməsi də müəyyən edilib.


Oxunma sayı: 8097

Oxşar yazılar