Saxlanılan oğrunun digər əməlləri də üzə çıxdı

  • 17:02 - 23 Sentyabr

Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə sentyabrın 20-dən 22-dək olan müddətdə rayon ərazisində paytaxt sakini R.Damadayevin 2 ədəd velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 5-də 2 avtomobildən 2 ədəd mobil telefon və 1800 manat oğurlaması da müəyyən edilib.


Oxunma sayı: 4500

Oxşar yazılar