Ailədə şiddət, lənətə gəlmiş Overton Pəncərəsi və morozovçuluq - Ruslan Bəşirli yazır

  • 17:19 - 21 Sentyabr

Əlbəttə, başqasının ailəsində yaşananları, qalmaqalları müzakirə etmək üzücüdür. 

Amma necə edəsən ki, baş verənləri ictimaiyyətin qarşısında açıb tökən elə Qəhrəmanlı ailəsinin özüdür. 

Azərbaycanda, hətta bütün dünyada ailə şiddəti, qadına şiddət yeni bir hadisədirmi? Təssüf ki, yox. 

Hər gün onlarca, yüzlərcə və hətta minlərcə belə olay yaşanır. Lakin, hadisələrin epsentrində tanınmış biri olunca və hətta bütün günü haqq-hüquq bağıran biri olunca, hadisənin miqyası dəyişir. 

Olay belə baş verdi. Bir neçə gün öncə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sosial mediada atasının ailədə şiddət tətbiq etdiyini, anasının qolunu, onun isə dizini qırdığını iddia edir. Yeniyetmə yaşına girmiş qız atasının onlara dəhşətli işgəncə verdiyini, bu səbəbdən də atasına nifrət etdiyini deyir. Özünə yeni soyad da seçir. Anası Zümrüd Yağmurun təxəllüsünü, soyadına əlavə edir. 

Hadisələrə isti başla yanaşmanı tərcih edən bizim cəmiyyətdə bu açıqlama ona görə nifrətlə qarşılanır ki, ata Qəhrəmanlının siyasətdəki siması tamamilə başqadır. Ömrünün bir hissəsini həbsxana divarları arasında keçirib, hər zaman haqdan-hüquqdan danışır, insan haqları, dürüst seçkilər filan... əsas şüaridır. Lakin, Selcan qəflətən atasının imicini yerlə bir edir. 

Tək Fuadınmı? Selcan, özünü "azadlıq aşiqi" kimi cəmiyyətə sırımağa çalışan Əli Kərimlini də rəzil duruma düşürür.  Sən demə 5 -6 il öncə, yaşanan ailə dramına Kərimli də müdaxilə edib. Selcanın təbirincə desək, "qonşu arvad" Kərimli Zümrüd Yağmura israrla boşanmamağı, dava dalaşa dözməyi məsləhər görüb.  Axı, 40 yaşından sonra boşanmış, atılmış qadın nə edə bilər, onu gələcəkdə nə gözləyər?!

 

Картинки по запросу Fuad Qəhrəmanlı Əli Kərimli

 

Qızının açıqlamasından sonra, hələ də baş verən fəlakətin ağırlığını anlamayan Qəhrəmanlı nə edir? Həmişəki kimi hakimiyyəti ittiham edərək, qızının profilinin oğurlandığını iddia edir. Bu dəfə Selcan video müraciyətlə çıxış edir. Yeniyetmə qız atasını yalancılıqda ittiham edir.

Fuad Qəhrəmanlı bundan sonra daha bir açıqlama yayaraq, 4-5 il öncə ailə münaqişəsi yaşadıqlarını və sonradan barışdıqlarını bildirir.

Lakin, Qəhrəmanlı açıqlamasında olayların arxa planında duran bir ismə də diqqət çəkir. Ad çəkməsə və çoxları bunu görməzdən gəlsə də, həyatını ailə insitutunun dağıdılmasına həsr edən Xədicə İsmayıl və onun şəbəkəsinə işarə edir. Bu barədə bir az sonra...

 

Картинки по запросу xədicə ismayıl

 

Fuad Qəhrəmanlının ailəsində yaşanan bu dramatik hadisə cəmiyyəti 3 yerə bölür.

1. Əli Kərimli və onun qaraguruh dəstəsi Fuadı adlarına uyğun bir şəkildə müdafiə edir və hətta bu müdafiədə Qəhrəmanlının öz doğma qızı Selcanı ağır söyüşlərlə təhqir etməkdən belə çəkinmirlər. Tam bir rəzalət və aşağılıq davranış nümünəsi. Cəmiyyət Kərimlinin manyak sürüsündən bundan artığını gözləyirdimi? 

2 . Cəmiyyətin mühüm bir hissəsi Fuad Qəhrəmanlını iddia edilən ailə zorakılığına görə tənqid edir və pisləyir. Lakin, burada daha çox cənfəşanlıq göstərən, el arasında xəccə kimi tanınan Xədicə İsmayıl və onun xalqın dəyərlərinə saldıran dəstəsini ayırmaq lazımdır. Onların dərdi qadın zorakılığı filanı pisləmək deyildi. Bu haqda yuxarıda qeyd etdiyim kimi az sonra...

3 . Azlıq olan digər bir qisim isə iddia edilən ailə zorakılığını pisləməklə yanaşı, Selcanı da Pavlik Morozovçuluqla, nankorluqda qınayırlar.

Dünən təzyiqlərə dözməyən Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verdi. Daha doğrusu Kərimli onu istefaya məcbur etdi. İnsanları xərcləməyi sevən Kərimli üçün Fuadın ailə faciəsi, ümidləri, xəyalları bir heçdir. Fuad da, Zümrüd Yağmur da, onların iki qızları da göz yaşları içərisindədir. Kərimlini isə Fuad qalmaqalından tez qurtulub mitinq barədə düşünmək maraqlandırır. Necə mitinq, nə mitinq? Azsaylı üzvlər uzun illərdir tanıdıqları bu ailənin faciəsindən dərin sarsıntı keçiriblər. 

Lakin, 30 ildir siyasi fəaliyyətlə məşğul olduqdan sonra, gəlinən nöqtədə məhv olmuş Fuad Qəhrəmanlı Kərimli üçün artıq maraqsızdır. İndi yeni Fuadlar tapmaq və günü gələndə mənasız bir əski parçası kimi bir kənara atmaq lazımdır. 

Nəhayət mövzunun yekununa gələk. Və bu yekunda məsələlərin Xədicə İsmayıl hissəsinə də toxunacayıq.

Biz müsəlmanlar, “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” deyən Allah Rəsulunun (s.a.s) ümmətiyik. Ailədə şiddəti, qadınlara şiddəti əsla qəbul etmirik, pisləyirik və bunun sadəcə bir şüarçılıqdan ibarət olmadığını düşünürük. 

Bu mənada baş verən ailə dramının qəbuledilməz olduğu düşüncəsindəyəm. Lakin, bizim qadın hüquqları anlayışımız "qadına şiddət" adı altında bu ölkəyə lənət olmuş Overton Pəncərəsini tətbiq etməyə çalışan, "qadına şiddət" adı altında ailə insitutunu dağıtmağa cəhd edən, Xədicə İsmayıl və onun anarxist, feminist dəstəsinin anlayışlarından fərqlidir. Əslində Fuad Qəhrəmanlı da açıqlamasında qızının bu dəstənin təsirində olduğuna işarə etmişdi. Bəli bu bir problemdir. Lakin, heç bir halda ailədə şiddətə də haqq qazandırmır. 

Digər tərəfdən Fuad Qəhrəmanlının partiyası dünənə kimi Xədicə İsmayılın bu ölkədə mənəvi dəyərləri sarsıtmaq üçün atdığı bütün addımları dəstəkləmirdimi? Elçibəy dövründə kifayət qədər mühafizəkar olan bir partiyanı Overton Pəncərəsinin ağuşuna kim buraxdı? Zamanında ölkənin ən mühafizəkar partiyalarından olan bir partiyanın içini "xəccənin uşaqları" ilə doldurdular. Allah qorusun, indi də həmin o lənətə gəlmiş Overton Pəncərəsi balalarınızı udur. 

Dəfələrlə yazdıq, qadın azadlığı heç də feminizm və s kimi, bu ölkənin dəyərlərinə yad olan zərərli simptromları cəmiyyətə sırımağa çalışmaq deyil. Qəbul etmədilər, bizi gerici adlandırdılar. Bu da nəticə... Qadına şiddət pis bir olaydır, lakin Pavlik Morozovçuluq paradiqması da onun qədər pisdir.

Ruslan Bəşirli /AVROPA.info/     


Oxunma sayı: 28667

Oxşar yazılar