88 il öncə bu gün italyanlar tərəfindən edam edilmişdi : 22 il işğalçılara qan udduran liviyalı "Səhra Aslanı" Ömər Muxtar (FOTO)

  • 17:00 - 16 Sentyabr

Liviyada nümayiş etdirdiyi müqavimətlə dünya miqyasında tanınan, "Səhra Aslanı" ləqəbli Ömər Muxtarın  işğalçı İtaliya qüvvələri tərəfindən edam edilməsinin üzərindən 88 il ötdü.

Avropa.info xəbər verir ki, Liviyanın dağlıq bölgəsi Cəbəl Ahdarda 1860-cı ildə dünyaya gələn Muxtar, Senusi Hərəkatı mədrəsələrində təhsil alıb. Təhsilində müvəffəqiyyət göstərən və hərəkatın öndə gələn şəxslərinin diqqətini çəkən Muxtar, 1899-ci ildə Çadda fransızların müstəmləkə və missionerlik fəaliyyətinə qarşı silahlı mübarizə aparıb.

1911-ci ildə İtaliyya Liviyanın işğalını başlayaraq Tripoli və Benqaziyə hücum edir. İtalyan qüvvələri bölgədəki Osmanlı qüvvələrindən təslim olmalarını tələb etdi, ancaq Osmanlı qoşunları bunu rədd edərək Liviya yerli müdafiə qoşunları ilə birgə ölkənin daxilinə çəkilib mübarizə apardı.

buyuk1_19

Osmanlı birlikləri Balkan savaşında  məğlubiyyətdən sonra Anadoluya geri döndü. Bundan istifadə edən italyanlar Trablusqarp və Sirenayka bölgələrini ələ keçirdi.
Qurani - Kərim ve İslam elmləri müəllimi olan Ömər Muxtar, coğrafyanı tanıması və strateji savaş taktikaları ilə italyanları dəfələrlə məğlubiyyətə uğratdı. Savaşdakı qəhrəmanlığı ilə "Səhra Aslanı" ləqəbi almış Ömər Muxtar, yaşlanmasına baxmayaraq 22 il ərzində İtaliyanın ən güclü sərkərdələrini məğlub etdi.   

İtaliyada hakimiyyətə gələn faşist lider Benito Mussolini 1930-cı ildə bölgəyə italyan valisi kimi general Radolfo Qrazianini təyin etdi. 

Qrazianinin rəhbərlik etdiyi italyan güclərinin partizanlara qarşı hərbi cəhdlərinin uğursuz olmasının ardından, 1931-ci ildə Mussolininin də razılığı ilə İtaliya regionda qanlı taktikaya başladı.

Cəbəl Ahdar bölgəsindəki təxminən 100 min nəfərlik mülki yerli xalq sahil zolağındakı toplama düşərgələrinə gətirildi və Misir sərhədi bağlandı. Bununla da Liviya partizanlarının dəstək xətti kəsildi.


Muxtarın liderlik etdiyi Senusi qoşunları mübarizəsinə davam edirdi, ancaq yerli xalqdan italyanlarla əməkdaşlıq edənlərin və İtaliya hava qüvvələrinin hücumları nəticəsində Ömər Muxtar  11 sentyabr 1931-ci ildə Slunta bölgəsində pusquya düşdü. Ağır yaralanan "Səhra Aslanı" italyanlar tərəfindən tutuldu.

Muxtarla savaşan italyan komandir Qraziani xatirələrində Ömər Muxtar haqqında bunları yazmışdı:
 

"Orta boylu, iri quruluşlu, saçı, saqqalı və bığları ağ Ömər canlı bir zəkaya malik idi, dini məsələləri əla bilirdi, enerji dolu və çətin bir xarakterə malik idi. Fədakar və güzəştsiz adam idi.  Senusi Hərəkatının ən öndə gələn liderləri arasında yer almasına rəğmən maddi cəhətdən kasıb insan idi. Onunla görüşdüyüm andan onun qürur və heysiyyətinə son dərəcə heyran qaldım.  Onun hərəkət və davranışlarını çox bəyəndim və heyran qaldım. Ömər Muxtar inancına, əqidəsinə son dərəcə bağlı bir adam idi. Onun inancına təcavüz etməyə cəhd edənə kim olursa olsun böyük bir həyəcan və əzmlə etiraz edərdi. O, vətəninə hücum edənlərə qarşı da qorxusuz döyüşürdü. Vətəninə ediləcək hər hansı bir təcavüzü qarşılıqsız buraxmağı qəbul edəcək bir şəxsiyyət deyildi. Dünyəvi heç bir marağı, həvəsi olmayan bir adamdı. Üstəlik xeyli kasıb bir adam idi. Din və vətən sevgisindən başqa heç bir dünyəvi şeyə də malik deyildi."

buyuk2_66

Ömər Muxtar 16 sentyabr 1931-ci ildə Slunta əsir düşərgəsində italyanlar tərəfindən edam olundu. Edamından öncə, təslim olma qarşılığında cəzanın dəyişməsi təklifini rədd etdi. Onun haqqında edam qərarı verən məhkəməyə bu sözləri dedi: 

"Hökm və qərar tək Allahındır. Sizin bu saxta və uydurma hökmünüz heç bir etibarlılığı yoxdur. İnna lillah ve inna ileyhi raciun (Biz Allahın qullarıyıq və sonda Ona tərəf dönəcəyik)."

Həmin gün, toplama düşərgələrindən gətirilən minlərlə liviyanın gözləri önündə olduqca sakit və qorxusuz bir şəkildə edam səhnəsinə çıxdı. Edam olunmazdan öncə, Fəcr surəsinin son ayələrini oxuduğu bildirilir. 

Avropa.info

kupur_30

Oxunma sayı: 51085

Oxşar yazılar