İsrail dövləti ideyasının ideoloqu Teodor Herzılın ailəsi necə yox oldu ? - Ruhi xəstəliklər, intiharlar və daha nələr ...

  • 14:34 - 07 Sentyabr

Türk tarixçi Mustafa Armağan, "İsrail dövləti"  ideyasını ortaya atan qəzetçi Teodor Herzlın ailəsi ilə bağlı mühüm məlumatlar paylaşıb.

Avropa.info xəbər verir ki, Herzl ailəsinin hər bir üzvünün faciəli şəkildə öldüyünü deyən Armağan, Herzl nəslinin İsrail dövləti qurulmadan iki il əvvəl tamamilə yox olmasına diqqət çəkib. 

Tarixçi yazdıqlarına dəlil olaraq İsraildə nəşr edən Haaretz qəzetinin internet saytında 2015-ci ilin 29 aprelində dərc olunan məqaləni göstərib. Həmin məqalədən bir hissəni təqdim edirik:

"Bu gün Herzlın nəslindən heç kim qalmayıb. Həyat yoldaşı Julie, əri Herzlın ölümündən yalnız üç il sonra, 1907-ci ildə ruhi xəstəlik səbəbindən dəfələrlə xəstəxanaya aparıldıqdan sonra öldü. Herzlın özü sekuliyar bir yəhudi olmasına baxmayaraq, xristianlığı qəbul etmiş oğlu 1930-cu ildə bacısı Paulinanın cənazənin qaldırıldığı gün özünü vuraraq intihar edib. Herzılın böyük qızı Paulina eynən anası kimi ağıl xəstəliyi problemi yaşayırdı, eyni zamanda narkotik aludəçisi idi. Paulina narkotika səbəbindən 40 yaşında öldü.

12


 

Qardaşı və bacısı ilə heç bir əlaqəsi olmayan və ruhi xəstəlik problemi yaşayan Herzlın kiçik qızı Marqarita Trude isə 1943-cü ildə alman düşərgəsində həyatını itirib.

Herzlın yeganə nəvəsi, kiçik qızı Marqaritadan olan Stefan Teodor Neuman olub. Stefan İkinci Dünya Müharibəsi zamanı adını Stefen Normana çevirdi. Stefan, anasının alman düşərgəsində həlak olduğunu öyrənməsindən sonra, 1946-cı ildə Vaşinqtonda bir körpüdən tullanaraq intihar edib. 

Stefan, Herzlın soyundan gələn yeganə sionist idi. İntihardan bir il əvvəl, 1945-ci ildə  Fələstinə  bir səfər həyata keçirmişdi." 

Tarixçi Mustafa Armağan Herzl nəslinin İsrail dövlətinin qurulmasından 2 il öncə tamamilə yox olmasına diqqət çəkib:

"Herzl nəslinin sanki bir lənətə düçar olmuş kimi İsrail dövləti qurulmadan iki il əvvəl tamamilə kəsilmiş olması əlamətdardır. Halbuki, Teodor Herzl uzaqgörən biri idi. 1897-ci ildə keçirilən Sionist Konqresdə "beş il, on il, ən gec əlli il ərzində bir yəhudi dövləti qurulacaqdır" - demişdi. 1897-nin üzərinə 50 ili qoysanız 1947-ni əldə edirsiniz ki, Herzlın təkcə bir il yanıldığını görürürsünüz. Lakin, işğal, qan, zülm ilə abad olmaq mümkün deyil. Bu aqibəti önləmək üçün tədbirlər gördüklərini düşünənlər unutmasınlar ki "qədərin üstündə bir qədər vardır ". Herz ailəsi nümunə olaraq qarşımızdadır" - Tarixçu Mustafa Armağan belə yazıb.


Oxunma sayı: 19130

Oxşar yazılar