İtaliyada yeni hökumət formalaşdırıldı

  • 20:42 - 04 Sentyabr

İtaliyanın ötən ay istefa vermiş baş naziri Cuzeppe Konte prezident Serco Mattarella ilə görüşdükdən sonra yeni hökumət formalaşdırıb.

Trend-in məlumatına görə, yeni hökumət sentyabrın 5-də and içəcək.

Əvvəlki hökumətdə baş nazirin müavini olmuş Luici di Mayo xarici işlər naziri təyin olunub.

Qeyd edək ki, C.Kontenin rəhbərlik etdiyi əvvəlki hökumət ötən ay baş nazirin müavini Matteo Salvininin koalisiyanı tərk etməsindən sonra istefaya yollanmışdı.


Oxunma sayı: 5886

Oxşar yazılar