Polis general-mayorunun qohumunu qətlə yetirən şəxslər tutuldu

  • 11:56 - 02 Sentyabr

Daxili İşlər Nazirliyi Ramiz Zeynalovun qohumunun qətli ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri  H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur. 

APA


Oxunma sayı: 19152

Oxşar yazılar