Məhkum həbsdən əvvəl gizlətdiyi “Vinçester”i təhvil verdi

  • 23:05 - 31 Avqust

Bakıda məhkum həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib. 

Bu barədə  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. 

Belə ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7360

Oxşar yazılar