Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub

  • 13:12 - 30 Avqust

Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, avqustun 29-da rayonun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gələn kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6414

Oxşar yazılar