Bakıda iki əcnəbi soyuldu

  • 12:40 - 30 Avqust

Bakıda iki əcnəbi vətəndaşa qarşı soyğunçuluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info -ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşan naməlum şəxsin içərisində 100 manat, 100 dollar və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılıb. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Səbail rayon Polis İdarəsində araşdırma aparılır.


Oxunma sayı: 6304

Oxşar yazılar