Lənkəranda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

  • 21:50 - 28 Avqust

Lənkəran rayonunda yol qəzası baş verib. 

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Bəleton kəndində qeydə alınıb. 

Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. 

İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 13927

Oxşar yazılar