Lənkəran sakini 6 kq narkotik satarkən tutuldu – Foto

  • 10:15 - 28 Avqust

Astarada 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qupundan Avropa.info -ya verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. 

Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellafon torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Saxlanılan Nurəddin Muradov İran İslam Respublikasının vətəndaşı olan Səyavuş adlı bir şəxslə 2 ildir ki, tanış olduğunu və narkotik vasitəni də ondan əldə etdiyini bildirib. 

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

 


Oxunma sayı: 12321

Oxşar yazılar