Bakıda qayınanasına xəsarət yetirən kürəkən həbs edildi

  • 14:14 - 27 Avqust

Bakının Xəzər raynu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qaynanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Avropa.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla E.Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına məsinə əsaslı şübhələr müəyyən edilib.

Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: “İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.


Oxunma sayı: 6260

Oxşar yazılar