Gecə partlayış törədən Bakı sakini tutuldu

  • 12:16 - 27 Avqust

Bakıda gecə partlayış törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib. Həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.


Oxunma sayı: 7767

Oxşar yazılar