Ukrayna millisinin üzvü "Beşiktaş"a keçir

  • 20:53 - 20 Avqust

Türkiyənin "Beşiktaş" klubu Almaniya "Şalke"sində çıxış edən Yevgeni Konoplyankanı heyətinə qatmaq üzrədir.

İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. "Ağ-qaralar"ın bu transfer üçün "Şalke"yə 3 milyon avro ödəyəcəyi bildirilib.

29 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir. O, yeni klubunda illik 2.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Yevgeni Konoplyanka peşəkar karyerasına ölkəsinin "Dnepr" klubunda başlayıb. Ukrayna millisində də şərəfini qoruyan yarımmüdafiəçi İspaniyanın "Sevilya" kollektivində də çıxış edib. 

 

 

report


Oxunma sayı: 8955

Oxşar yazılar