Aeroport yolunda ağır qəza
- 10:05 - 20 Avqust
Bakıda Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Buta Palace"nin yanında "BMV X5" markalı avtomobilin "VAZ-2104"ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.
Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlufur. Yaralıların hamısı "VAZ-2104"də olanlardır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Report