"Lotu Quli" Kutaisi "oğru"larına qəzəbləndi və erməni "oğru" ya dəstəkdən imtina etdi : "Nə istəyirsiniz edin, ancaq mənsiz"

  • 16:56 - 19 Avqust

Kriminal dairələrdə "Quli" ləqəbi ilə tanınan, Azərbaycanın ən tanınmış “qanuni oğru"su Nadir Səlifov "oğru" “proqon”unun (məktub) altındakı imzanın saxtalaşdırılmasına hiddətlənib. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın “Praym Kraym” saytı yazıb. 

Nəşrin məlumatına görə, “qanuni oğru”lar Qoça Alpaidze (Alfason), Georgi Nicaradze (Qiya), Merab Qoqiya (Meliya) və Avtandil Kobeşavidze (Avto Kopala) Tver şəhərində vəziyyətə baxan Sayat Rostovski vasitəsilə “oğru aləminə” daxil olan yeni “qanuni oğru” Artur Atabekyana (Artur Molodoy) dəstəklərini ifadə ediblər.

Kutaisi "oğru"ları “proqon” yolu ilə Atabekyanın olduğu həbsxanada cəza çəkən məhbusları ona hörmətlə yanaşmağa çağırıblar. Oğru məktubunun altında “qanuni oğru”lar arasında böyük avtoritetə malik Nadir Səlifovin imzası peyda olub. Bununla onlar Səlifovun hörmətindən istifadə edərək  “proqon”a çəki qatmaq istəyiblər.

İmza haqda xəbər tutan Səlifov onu təsdiqləməyib və onun rəyinə laqeydliklə yanaşılmasından qəzəblənib. Azərbaycanın ən tanınmış "qanuni oğru"su indiki zamanda belə məktubların göndərilməsinin yeri olmadığını bəyan edib. O cümlədən, Rusiyadan yeni “antioğru” qanununun qəbul olunduğu bir vaxtda.

Qeyd olunur ki, Kutaisi klanının "oğru"ları Səlifovun reaksiyasından çox pərt olublar.

Səlifovun isə onlara cavabı belə olub: “Nə istəyirsiz yazın, nə istəyirsiz edin – ancaq mənsiz”. 

 


Oxunma sayı: 21957

Oxşar yazılar