“Bney Yehuda” - “Neftçi” oyunun bu hakimə tapşırıldı

  • 16:39 - 11 Avqust

İsraildə "Bney Yehuda" və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

Avqustun 15-də Petah Tikva şəhərində təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

Referi Daniele Doveriyə Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim qismində kömək edəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.


Oxunma sayı: 13465

Oxşar yazılar