Atambayevə korrupsiya maddəsi ilə cinayət işi açıldı

  • 12:20 - 09 Avqust

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə korrupsiya maddəsi üzrə ittiham irəli sürülüb. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Atambayevin vəkili çıxış edib. Vəkil ittihamdan qeyri məlumatın olmadığını deyib. 

Qeyd edək ki, 7 avqustda qırğızı xüsusi xidmət orqanları sabiq prezidenti korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs etməyə çalışmışdılar. Lakin Atambayevin tərəfdarları müqavimət göstərmiş, 80-dən çox adam xəsarət almış, 1 nəfər xüsusi təyinatlı ölmüşdü. Atambayev isə dünən özü danışıqlardan sonra təslim olmuşdu.


Oxunma sayı: 8592

Oxşar yazılar