Hava Limanı istiqamətində yollarda surət həddi endirilib

  • 10:25 - 08 Avqust

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.  

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən xəbər verilib. 

Qeyd edilib ki, yollarda sürət həddinin endirilməsində məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”. 

Eyni zamanda, bildirilib ki, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

APA


Oxunma sayı: 4786

Oxşar yazılar