Beyləqanda iki avtomobil toqquşdu: Sərnişin öldü

  • 17:40 - 07 Avqust

Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, avqustun 6-da saat 17 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində Qazax rayon sakini H.Qapaqovun idarə etdiyi "DAF" və Beyləqan şəhər sakini S.Mehdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə S.Mehdiyevin sərnişini Ayşən Xıdırlı hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 7833

Oxşar yazılar