"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq

  • 10:15 - 06 Avqust

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Avropa.info xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” Cənubi Kiprdə APOEL-in qonağı olacaq. Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsində Albaniya çempionu "Partizani”ni, ardınca İrlandiya çempionatının qalibi "Dundalk"ı mübarizədən kənarlaşdırıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayan Cənubi Kipr çempionu isə Monteneqronun "Sutyeska” klubunu üstələyib.

APOEL indiyə qədər 2 dəfə avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Hər iki halda "Neftçi” ilə üz-üzə gələn nikosiyalılar 1995/96 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində sevinən tərəf olublar (3:0, 0:0). Əvəzində 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində APOEL-dən güclü olan (1:1, 3:1) "Neftçi”, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

6 avqust

21.00 APOEL (Cənubi Kipr) - Qarabağ (Azərbaycan)

Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (İtaliya).

Hakim-inspektor: Vladimir Antonov (Moldova).

UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə).

Nikosiya. GSP stadionu.


Oxunma sayı: 6260

Oxşar yazılar