"Liverpul"un futbolçusu Seneqalda məktəb inşa etdirib - Fotolar

  • 22:02 - 29 İyul

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Seneqalda doğulduğu kənddə məktəb tikintisinə 270 min avro ayırıb.

Yəhsil ocağının inşası başa çatmaq üzrədir. 27 yaşlı hücumçu daha öncə xəstəxana inşa etdirib. O həmçinin davamlı olaraq aztəminatlı ailələrə maddi yardım edir.

Qeyd edək ki, Fransanın “Mets” klubunun yetirməsi olan Mane daha öncə Avstriyanın “Zaltsburq” və İngiltərənin “Sautqempton” komandalarının formasını geyinib.

 

report


Oxunma sayı: 6238

Oxşar yazılar