Ulduz futbolçunun evində cəsəd tapıldı

  • 19:19 - 29 İyul

İngiltərə Premier Liqa komandalarından olan "Arsenal"da Məsud Özil ilə birlikdə forma geyinən misirli orta sahə oyunçusu Məhəmməd Elnenyin evində cəsəd tapılıb.
 

Avropa.info xəbər verir ki, cəsədi Elnenyin paytaxt Qahirə yaxınlığında yerləşən evində atası Nasser Elneny tərəfindən aşkarlanıb. Məlum olub ki, evə girən oğru elektirik kabellərini kəsərək oğurlamaq istəyərkən tok vurması nəticəsində ölüb.
 
Afrika Millətlər Kubokunda ölkəsi Misirin formasını geyindikdən sonra Londona qayıdan misirli futbolçunun hadisədən telefon vasitəsilə xəbərdar edildiyi bildirilir.
 
Elnenyə aid olan villa bir müddət əvvəl ailəsi tərəfindən bir yardım təşkilatına ofis kimi istifadə edilməsi üçün verilib.


Oxunma sayı: 10539

Oxşar yazılar