İmişlidə ər arvadını bıçaqla qətlə yetirib - YENİLƏNİB

  • 21:30 - 27 İyul

İmişlidə arvadını qətlə yetirən ər saxlanılıb. 

Hadisə rayonun Sarıxanlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aslanov Şəhriyar Şəmsi oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı - 1996-cı il təvəllüdlü Misirli Səkinə Natiq qızını bıçaqla qətlə yetirilib. Ş.Aslanov polis tərəfindən saxlanılıb.

S.Misirlininin meyiti müayinə olunmaq üçün İmişli rayon Məhhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə yerləşdirlib. 

Qətlin təfərrüatları araşdırılır.

Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

16:49

İmişlidə ər arvadını bıçaqla qətlə yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Sarıxanlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Misirli Səkinə Natiq qızı əri tərəfindən bıçaqla qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 15005

Oxşar yazılar